Sumqayıtda qurumuş ağacların budanması Yaşıllaşdırma İdarəsi tərəfindən davam etdirilir. Bu haqda bu gün, 29 dekabr tarixində Dünya TV məlumat yayıb.
Məlumata əsasən, şəhərdə son bir il ərzində 1200 ağac budanıb. Bu proses üçün xüsusi texnika cəlb olunub. Həmçinin, budanan ağacların qırıntılarını ərazidən uzaqlaşdırmaq üçün texnika cəlb edilib.