Təhsil naziri Emin Əmrullayev Sumqayıt şəhərinin sakinlərini videobağlantı vasitəsilə qəbul edib. Bu haqda nazirliyin mətbuat xidməti məlumat yayıb.
Nazir vətəndaşların müraciət, şikayət və təkliflərini dinləyərək hər bir müraciətin araşdırılması tapşırıqlarını verib. Görüşün təşkil edilməsində əsas məqsəd regionlarda yaşayan vətəndaşların, inzibati binaya gəlmədən, nazirlik ilə birbaşa əlaqə yarada bilməsindən ibarətdir.
Qəbulda həmçinin Sumqayıtla yanaşı Abşeron, Qobustan rayonları və burada müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak ediblər.