Sumqayıtda koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə tibbi-profilaktik tədbirlər aparılıb. Bu haqda bu gün, 13 yanvar tarixində DünyaTV məlumat yayıb.
Mənzil Kommunal Sahələrin əməkdaşları tərəfindən Sumqayıt Qaz İstismar Sahəsi ərazisində məhəllələrin daxilləri, binaların ətrafları, uşaq meydançaları, liftlər xüsusi məhlullarla təmizlənib. Dezinfeksiya işləri davamlı olaraq şəhərin bütün mikrorayonlarında və məhlələrində aparılır.
Tibbi-profilaktik tədbirlər bundan sonra da davam etdiriləcək.