Sumqayıt şəhərində ümumi sahəsi 70 kv. metr olan birmərtəbəli evdə yanğın baş verib. Bu haqda bu gün, 8 yanvar tarixində Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Məlumata əsasən, evin 45 kv.m sahəsi yanıb. Burada dəmir və taxta üzlükdən ibarət konstruksiyalar, həmçinin ev əşyaları yanıb.
FHN-nin yanğınsöndürənləri alovun qarşısını alıb, evin qalan hissəsini yanğından mühafizə ediblər.