Sumqayıt şəhəri “Qartal” tikinti şirkətinin kollektivi "Yeni il" münasibətilə keçirdikləri şənlikdə şəhid ailələri və qazilər iştirak ediblər. Bu haqda DünyaTV məlumat yayıb.
Şənlikdə II Qarabağ müharibəsinin iştirakçıları qonaq qismində iştirak ediblər. Tədbirdə çıxış edən şirkətin rəhbəri Şahin Məmmədov bütün iştirakçılara təşəkkürünü bildirib. Qonaqlar Vətən müharibəsindən danışıblar.
Həmçinin tədbir zamanı, bir qrup əməkdaşa mükafat və təltiflər təqdim edilib. Tədbir konsert proqramı ilə sona çatıb.