Sumqayıt şəhər ümumtəhsil məktəblərinin 5-9-cu sinif şagirdləri arasında Riyaziyyat üzrə fənn Olimpiadası keçirilib. Sumqayıt24 bu haqda 4 mart tarixində Sumqayıt Dövlət Universitetinə (SDU) istinadən xəbər verir.
Olimpiada SDU və Abşeron-Xızı Regional Təhsil İdarəsi tərəfindən 14 Mart - Beynəlxalq Riyaziyyat Günü münasibətilə təşkil olunub. Burada 41 məktəb və 4 liseydən 212 nəfər şagird iştirak edib. Olimpiadanın sualları Riyaziyyat və onun tədrisi metodikası kafedrasının əməkdaşları tərəfindən tərtib olunub.
Nəticələr münsiflər heyəti tərəfindən elan olunacaq. Qaliblərə diplom və həvəsləndirici mükafatlar veriləcək.