Sumqayıtın dəniz sahilində təmizlik işləri aparılacaq.
Pravda.az-ın məlumatına görə, dənizin səviyyəsinin enməsi səbəbindən üzə çıxan bərk məişət tullantılarının ərazidən yığılması, daşınması və zərərsizləşdirilməsi işlərinə xərclənəcək vəsaitin həcmi açıqlanıb. Görüləcək işlərə 65.863 AZN sərf ediləcək.
Qeyd edək ki, "Sumqayıt Bulvar" MMC "Vedibasar İnşaat" şirkəti ilə müqavilə bağlamağı planlaşdırır.