Xəzər dənizinin Sumqayıt akvatoriyasında qanunsuz balıq ovlayan şəxs saxlanılıb. Sumqayıt24 bu haqda 16 may tarixində Ekologoiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) istinadən xəbər verir.
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı tutulan şəxsin Sumqayıt şəhər sakini Cəlal Nəcəfov olduğu müəyyən edilib. Ondan istifadəsi qadağan olan ov alətləri götürülüb.
Cəlal Nəcəfov barəsində protokol tərtib edilib və qanunamüvafiq tədbirlər görülüb.