Sumqayıtda bayraqla avtomobil təmizləyən sürücü saxlanılıb. Bu haqda bu gün, 12 yanvar tarixində "Report" məlumat yayıb.
Daha öncə sosial şəbəkədə videosu yayılan yaşlı kişinin kimliyi polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində məlum olub. O, 72 yaşlı şəhər sakini Soltan Mehdiyev idi.
Polis İdarəsində S.Mehdiyev bildirib ki, avtomobilində təmizlik görürdü. Lakin burada bir neçə parça olduğundan, səhv salaraq parçalardan deyil, bayraqdan istifadə edib.
Mehdiyev etdiyi əmələ görə üzr istəyib və peşman olduğunu söyləyib.