Bir nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Sumqayıt24 bu barədə 4 oktyabr tarixində Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Hadisə Sumqayıt şəhərində qeydə alınıb. Nazirliyin "112" qaynar telefon xəttinə bununla bağlı məlumat daxil olub. Çağırış ünvanına dərhal xilasetmə qüvvələri cəlb olunub. Onlar tərəfindən vətəndaşa müvafiq köməklik göstərilib.