Narkotik təsiri altında avtomobil idarə edən Sumqayıt sakini cərimələnib. Sumqayıt24 bu haqda Report-a istinadən xəbər veririk.
Məlumata görə, həmin şəxs Yaqub Qəniyev, sürdüyü “Mercedes” markal avtomobillə Şəmkir rayonunda yoxlama üçün saxlanılıb. Nəticədə, onun narkotik vasitə qəbul etdiyi müəyyən edilib.
Onun barəsində protokol tərtib olunub və Şəmkir rayon məhkəməsinin qərarı ilə Qəniyev 400 manat məbləğində cərimələnib.