Sumqayıt sakinləri Cəlilabad rayonunda qəzaya düşüblər.
Məlumata görə, hadisə axşam saatlarında rayonun Soltankənd–Zəhmətabad avtomobil yolunda qeydə alınıb.
Belə ki, hərəkətdə olan "BMW" markalı avtomobilin sürücüsünün idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi təxminən 50 metr hündürlükdən aşıb.
Qəza zamanı avtomobildə olan 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar hadisə yerinə cəlb olunan təcili tibbi yardım briqadaları tərəfindən xəstəxanaya hospitalizasiya olunublar.
Xəsarət alanlar Sumqayıt şəhər sakinləri 2003-cü il təvəllüdlü Zəhra Əlizamin qızı Qafarova, 2012-ci il təvəllüdlü S. Qafarov, 2025-ci il təvəllüdlü M. Məmmədova və Yardımlı rayon sakini 1980-ci il təvəllüdlü Elbrus Fərman oğlu Qafarovdur.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: Apa.az