Sumqayıt-Saray marşrut avtobuslarının yararsız olması sakinləri narahat edir. Sumqayıt24-ə bu barədə 23 noyabr tarixində izləyicilərdən məlumat daxil olub.
Söhbət 522 nömrəli marşrut xəttindən gedir. Sakinlərin sözlərinə görə, “Təzə məhəllə” ərazisinə verilən ictimai nəqliyyatın əksəriyyəti istismar müddətini başa vurub. Avtobusun arxa qapısı ümumiyyətlə bağlanmır, oturacaq və tutacaqların çoxu sınaraq yararsız hala düşüb.
[modula id="27451"]