Sumqayıt Dövlət Universitetinin yataqxanasının təmiri yaxın müddət ərzində başa çatdırılacaq. Bu haqda bu gün, 4 yanvar tarixində Sumqayıt24-ə məlumat daxil olub.
Əldə etdiyimiz məlumata əsasən, tələbələr üçün nəzərdə tutulan yataqxananın təmir işlərinin bu ilin yay aylarına kimi bitirilməsi planlaşdırılır. Hazırda bınanın daxilində işlər görülür.