top
Sumqayıt səhiyyəsindən SƏHV - Qıza şok diaqnoz qoyuldu
17 noyabr 2025, 15:50
- ↺ +

Sumqayıt səhiyyəsindən SƏHV - Qıza şok diaqnoz qoyuldu

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

TƏBİB-dən sorğumuza cavab olaraq bildirildi ki,  Paşazadə Fatimə Fadil qızının şəxsi kabinetində - my.gov.az portalında səhvən 2024-cü ildə "Kreystfeld–Yakob xəstəliyi zamanı demensiya" diaqnozunun qeyd olunması faktı qeydə alınıb.

"Aparılan araşdırma zamanı müəyyən edilib ki, bu texniki yanlışlıq qeydiyyat mərhələsində baş verib. Belə ki, reyestrə təqdim edilən klinik diaqnoz Z02.1 kodu əvəzinə F02.1 kimi qeyd olunub.

Müvafiq şöbəyə və qeydiyyatçılara xəbərdarlıq edilib, gələcəkdə bu kimi halların təkrarlanmaması üçün əlavə nəzarət tədbirləri görülüb.

Bildiririk ki, vətəndaşın real klinik vəziyyəti ilə qeyd olunan diaqnoz arasında heç bir tibbi uyğunluq mövcud deyil və bu, sırf texniki səbəbdən baş vermiş qeyri-dəqiqlikdir. 

18.10.2025-ci il tarixində sistemdə (e-tabib mobil tətbiqində) bu məlumatın düzəlişi üzrə müvafiq addımlar atılıb və my.gov.az platforması ilə sinxron yenilənmə işləri aparılır. 

Yaxın günlərdə dəyişikliyin vətəndaşın my.gov.az platforması üzrə şəxsi kabinetində də əks olunması təmin ediləcəkdir", - deyə TƏBİB-dən bildirilib.

***

Sumqayıtda gənc qıza qoyulan səhv diaqnoz ciddi narazılıq yaradıb.

Sumqayit24.az xəbər verir ki, vətəndaş Fadil Paşayev "Facebook" hesabında qızının işə qəbul üçün aldığı tibbi arayışda ciddi uyğunsuzluq aşkarlandığını bildirib.

Onun sözlərinə görə, TƏBİB-in elektron sistemində qızının xəstəlik tarixçəsinə "Yakob xəstəliyi zamanı demensiya" diaqnozu qeyd edilib.

"Bu xəstəlik dünyada nadir hallarda rast gəlinir və sonuncu dəfə 1998-ci ildə Böyük Britaniyada qeydə alınıb. Belə bir xəstəlik yalnız ölü şəxsin beyin toxumasının laborator müayinəsi ilə müəyyən edilə bilər. Hələ mənim övladımın keçirdiyi stressi demirəm", - deyə Fuad Paşayev narahatlığını ifadə edib.

F.Paşayev məsələ ilə bağlı iki ay əvvəl Səhiyyə Nazirliyi və TƏBİB-ə müraciət etdiyini bildirib.

TƏBİB-in nümayəndəsi problemin Səhiyyə Nazirliyinin səhvi olduğunu qeyd edib, Sumqayıt Tibb Mərkəzi isə bu uyğunsuzluğu "texniki hərf səhvi" kimi qiymətləndirərək tez bir zamanda aradan qaldırılacağını vəd edib.

Lakin iki aydan çox müddət keçməsinə baxmayaraq, problem hələ də həll olunmayıb. 

Şikayətçi sözügedən problemin tezliklə həll edilməsini tələb edir.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 19:00

Sumqayıtda şənbə günü hava yağışlı ola bilər

Bütün xəbərlər
Bu gün, 18:30

Almaniya səfiri Sumqayıt Sənaye Parkına səfər edib

Bütün xəbərlər
Bu gün, 18:00

Sumqayıtda suyun verilişində fasilələr sakinləri çətin vəziyyətə salıb

Bütün xəbərlər
Bu gün, 17:30

Sumqayıtın su təchizatına cavabdeh QSC-nin icraçı direktoru kollektivə təqdim edildi

Bütün xəbərlər
Bu gün, 17:00

Hacı Zeynalabdin qəsəbəsində ağacəkmə aksiyası

Bütün xəbərlər
Bu gün, 16:25

Sumqayıtda yağışdan sonra məktəbə gedən uşaqlar çətinliklə üzləşirlər

Bütün xəbərlər
Bu gün, 16:05

Sumqayıt teatrında "Sürgün sevgi" tamaşasının premyerası keçirildi

Bütün xəbərlər
Bu gün, 15:40

Sumqayıtda narkotik dövriyyəsinə qarşı əməliyyat

Bütün xəbərlər
Bu gün, 14:57

Sumqayıtda yolun müəyyən hissəsinin zəbt edilməsinə etiraz

Bütün xəbərlər
Bu gün, 14:20

SDU tələbələrinin süni intellekt layihəsi 60 komanda arasında SEÇİLDİ

Bütün xəbərlər
Bu gün, 13:40

Uşaqlıq arzusunu gerçəkləşdirdi - Sumqayıtdan Gəncəyə piyada getdi

Bütün xəbərlər
Bu gün, 13:00

Sumqayıtda YAP-ın VIII Qurultayı ilə bağlı müşavirə keçirildi

İdman
Bu gün, 12:30

"Sumqayıt" bu gün "Zirə" ilə qarşılaşacaq

Bütün xəbərlər
Bu gün, 12:00

Sumqayıt hansı hava ilə nəfəs alır? Son aylarda şəhərin ekoloji vəziyyəti ilə bağlı nələr məlum olub? - ARAŞDIRMA

Bütün xəbərlər
Bu gün, 11:13

Sumqayıtda yolların təmirinə 2,4 milyon manat ayrılıb

Bütün xəbərlər
Bu gün, 10:00

Coratda avtobus dayanacağı ilə bağlı şikayət nəticə verdi

Bütün xəbərlər
Bu gün, 09:15

Sumqayıtda fəhlə vakansiyası elan edildi - ŞƏRTLƏR

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən Müharibəsinin 27-ci günü baş verənlər - XRONİKA

Bütün xəbərlər
Dünən, 17:57

Sumqayıtlı model: "TikTok"a görə 1000 manat vergi borcu yazıblar"

İdman
Dünən, 17:20

Ağır qəzaya düşən sumqayıtlı cüdoçu idmana nə vaxt qayıdacaq?

Bütün xəbərlər
Dünən, 16:47

Sumqayıtda zibil qutularının dolub-daşdığı ərazi təmizləndi

Bütün xəbərlər
Dünən, 16:37

Sumqayıtda qripə qarşı peyvəndlənməyə başlanıldı

Kriminal
Dünən, 16:23

Sumqayıtda çay evində BIÇAQLANMA - 64 yaşlı kişi tutuldu

Bütün xəbərlər
Dünən, 16:17

Sumqayıt məhkəməsində anasını öldürən şəxsə hökm oxundu

Oxşar xəbərlər