“STP” Şirkətlər Qrupu beynəlxalq tədbirə qatılacaq. Sumqayıt24 bu haqda 30 may tarixində xəbər verir.
Bakı Ekspo Mərkəzində 4-6 iyun tarixlərində Xəzər Neft və Qaz sərgisi keçiriləcək. “STP Polymer”, “SOCAR STP” və “Global Cable” şirkətlərinin müxtəlif təyinatlı borular, fitinqlər, təzyiqli su və qaz boruları, koruge, drenaj, damcılı suvarma boruları, müxtəlif kabel nümunələri, dizel generatoru, ödəmə və növbə terminalları kimi məhsullarının nümunələri “2C232” nömrəli stenddə sərgilənəcək.