Sumqayıtda dünən, 13 yanvar tarixində keçirilən reyd zamanı cərimələnən şəxslərin sayı açıqlanıb. Bu haqda Daxili İşlər Nazirliyi bu gün, 14 yanvar tarixində məlumat yayıb.
Xatırladaq ki, ictimai nəqliyyatda sonuncu reyd Zülfü Hacıyev küçəsində aparılıb. Yoxlama zamanı, avtobus və taksilərdə maskadan istifadə etməyən şəxslər, həmçinin 2-ci doza vaksin qəbul etmədən taksi fəaliyyəti ilə məşğul olan sürücülər - ümumilikdə isə 39 nəfər cərimələnib.