Minik avtomobili kanala aşıb. Sumqayıt24 bu barədə 16 oktyabr tarixində sosial şəbəkələrə istinadən xəbər verir.
Hadisə gecə saatlarında, Yaşıldərə ilə “Üzümlük” massivlərinin kəsişməsində baş verib. “VAZ Niva” markalı maşının su kanalına düşmə səbəbi məlum deyil. Məlumata görə, sürücü öz həyatını qurtara bilib.