Bayram günlərində Sumqayıtda təcili yardıma müraciət edən vətəndaşların sayı açıqlanıb. Bu barədə bu gün, 4 yanvar tarixində DünyaTV məlumat yayıb.
Məlumata əsasən, 4 gün ərzində Sumqayıt şəhər təcili və təxirəsalınmaz tibbi yardım stansiyasının (SŞTTYS) əməkdaşları 1563 çağırışa gediblər.
SŞTTYS-in baş həkimi ilkin Namazov bildirib ki, ən çox müraciət halları yüksək hərarətlə bağlı olub. Həmçinin, bu ərəfədə 18 briqada gücləndirilmiş iş rejimində işləyib.