Sumqayıtda 3-cü mikrorayon ərazisində yerləşən idman stadionu baxımsız vəziyyətdədir. Bu haqda Sumqayıt24-ə yerli sakinlər məlumat veriblər.
Sözügedən stadion “Təfəkkür” liseyinin və 13 nömrəli məktəbin yanında yerləşir. Burada futbol oynamaq üçün qapılar və digər idman qurğuları olsa da, şagirdlər onlardan istifadə edə bilmirlər. Səbəb isə meydançada olan çalalar, yağış yağandan sonra hələ uzun müddət qurumayan gölməçələrdir.
Daha öncə, 4 və 39 nömrəli məktəblərin, həmçinin Texniki və Təbiət Təmayüllü liseyin ərazisində olan futbol meydançasının uzun illərdən sonra təmir olunacağı barədə məlumat vermişdik.
Foto Sumqayıt24
Foto Sumqayıt24