Əməkdar müəllim, “Tərəqqi” medallı əmək veteranı Ayət Kərimova yubiley münasibətilə mükafatlandırılıb.
Sumqayit24.az xəbər verir ki, ömrünün 48 ilini Sumqayıtın təhsil sistemində çalışmış Ayət Kərimova icra başçısı Zakir Fərəcov tərəfindən təhsildə göstərdiyi nailiyyətlərə və şəhərimizin ictimai həyatında fəal iştirakına görə təltif olunub.
İcra başçısının birinci müavini Teymur Səmədov yubilyara fəxri fərmanı təqdim edib.