Sumqayıtın II seçki dairəsindən deputatı Tahir Mirkişili və tanınmış güləşçi İslam Abbasov Zəfər Kubokunun fəxri qonaqları qismində iştirak ediblər. Bu haqda bu gün, 28 may tarixində Report.az-a istinadən xəbər veririk.
Jurnalistlər arasında keçirilən mini-futbol yarışması Bakı Olimpiya Stadionunda təşkil edilib. Yarımfinal qarşılaşmasında “Xocavənd" "Qubadlı" ilə, "Suqovuşan" isə "Ağdam"la qarşılaşıb.
"Ağdam" və "Xocavənd" komandaları finala yüksəlib, "Qubadlı" və "Suqovuşan" komandaları isə 3-cü yeri qazanıb və fəxri diplomlarla təltif olunublar.
Zəfər Kubokunun həlledici oyunu 19 iyun, mərhum jurnalist Elnur Əşrəfoğlunun doğum günündə keçirilcək.