"Sumqayıt Taxıl" MMC məhkəməyə müraciət edib. Sumqayıt24 bu haqda 12 aprel tarixində Xeberle.com-a istinadən xəbər verir.
Şirkət Azərbaycan Mərkəzi Bankı, "Azərbaycan Beynəlxalq Bankı" ASC və "Yapı Kredi Bank Azərbaycan" QSC ilə bağlı Bakı Kommersiya Məhkəməsinə üz tutub.
Korporativ mübahisələri barədə irəli sürülən tələb hakim Zaur Pirverdiyevin sədrliyi ilə araşdırılacaq.
Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.