“Sumqayıt-Taxıl” MMC-yə inzibati xəta protokolu tərtib olunub. Bu haqda 25 may tarixində Sumqayıt24 Fed.az-a istinadən xəbər verir.
İqtisadi fəaliyyət qaydaların pozulmasına dair (Valyuta tənzimi qaydalarının pozulması) protokol İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə irəli sürülüb.
Maddəyə görə, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin 10 faizindən 20 faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin 20 faizindən 30 faizinədək məbləğdə cərimə edilirlər.
İş Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində Xalidə Əlisoyun icraatındadır.