top
Sumqayıt teatrında Xalq şairinin yubileyinə yeni tamaşa hazırlanır
10 iyul 2026, 12:56
- +

Sumqayıt teatrında Xalq şairinin yubileyinə yeni tamaşa hazırlanır

Sumqayıt Dövlət Dram Teatrında Xalq şairi, "Şöhrət" və "Şərəf" ordenli görkəmli ictimai xadim Sabir Rüstəmxanlının 80 illik yubileyi münasibətilə dövlət sifarişi əsasında yazıçının "Sürgün sevgi" əsəri əsasında eyniadlı iki hissəli milli faciə janrında yeni tamaşa hazırlanır.

Teatrdan Sumqayit24.az-a verilən məlumata görə, səhnə əsərinin quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Ağalar İdrisoğlu, bəstəkarı Əməkdar incəsənət xadimi Cavanşir Quliyev, quruluşçu rəssamı Osman Salmanov, tərtibatçı rəssamı Nizami Dadaşev, plastik hərəkətlər və rəqslər üzrə quruluşçu Kamil Ağazadə, videoqrafı isə Rais Bəhramidir.

"Sürgün sevgi" XX əsrin müxtəlif tarixi mərhələlərində Azərbaycan xalqının üzləşdiyi ağır sınaqlardan bəhs edir. Tamaşada 1930–1940-cı illərin repressiyaları, 20 Yanvar faciəsi, 1987–1993-cü illərdə ölkədə hökm sürən ictimai-siyasi gərginlik, xaos, vətəndaş qarşıdurması və həmin dövrün ağır ictimai reallıqları bədii müstəvidə əks olunur.Səhnə əsərində eyni zamanda 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdışı, ölkədə vətəndaş qarşıdurmasının qarşısının alınması, dövlətçiliyin qorunması istiqamətində atdığı addımlar, eləcə də Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparan və çətin dövrlərdə xalqın yanında olan ziyalıların fəaliyyəti bədii şəkildə təqdim edilir.

Tamaşada Xalq artisti Valeh Kərimov, Əməkdar artistlər Rauf Ağakişiyev, Xatirə Süleymanova, Cəlal Məmmədov, Elmira Kərimova, Fəranə Musayeva, İlahə Səfərova, Vidadi Məmmədov, Sədaqət Nuriyeva, aktyorlar Vəfa Qurbanova, Rövşən Əsgərov, Elay Xasıyev, Məryəm Hüseynli, Əjdər Zeynalov, Habil Xanlarov, Mətanət Əmrullayeva, Yeganə Məmmədvəliyeva, Emil Həmidov, Günəş Bağırova, Cavanşir Eyyubzadə, Şəms Abdullayeva, Elmir Mehdiyev, Mətləb Səfərli, İlham Səfərli, Dağlar Rüstəmov, Şəhla Məmmədova, Akif Mirzəyev, Rövşad İlyasov, Siyavuş Mahmudov və Kamran Muradlı müxtəlif obrazları canlandırırlar.

"Sürgün sevgi" tamaşasının növbəti teatr mövsümündə Sumqayıt Dövlət Dram Teatrının səhnəsində teatrsevərlərə təqdim olunması planlaşdırılır.

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 20:30

20 ildən sonra görüşən SDU məzunları "tələbəlik illərinə qayıtdılar"

Bütün xəbərlər
Dünən, 19:30

Tələbə adını qazanan şəxslərin nəzərinə

Bütün xəbərlər
Dünən, 19:00

İsraf olunan su, natəmizlik, əmələ gələn qurbağalar - Sumqayıtdan şikayət

Bütün xəbərlər
Dünən, 18:30

Sumqayıtda bu tarixlərdə güclü külək əsəcək

Bütün xəbərlər
Dünən, 18:00

Sumqayıtın bu məzunları imtahanlarda iştirak etmədən ali məktəbə qəbul oldular

Bütün xəbərlər
Dünən, 17:20

Şəhid mayorun oğlu da tələbə adını qazandı

Bütün xəbərlər
Dünən, 16:50

Ali məktəblərə qəbul olanların siyahısı və keçid balları açıqlanıb

Bütün xəbərlər
Dünən, 16:20

10-cu sinif şagirdləri üçün elektron yerdəyişmə başlanılır

Bütün xəbərlər
Dünən, 15:50

DİM sədri "azalacaq" demişdi: ballar niyə artdı?

Bütün xəbərlər
Dünən, 15:20

Sumqayıtda sabah hava necə olacaq?

Bütün xəbərlər
Dünən, 14:50

Sumqayıtlı tələbələr bunu bilməlidir – Bakıya gedən XÜSUSİ AVTOBUSLAR

Cəmiyyət
Dünən, 14:20

FHN Sumqayıtın "ASAN xidmət"ində təlim keçirdi

Bütün xəbərlər
Dünən, 13:50

Qapısı qırıq avtobus sərnişin daşıyır – Sumqayıtda təhlükəli görüntülər - VİDEO

Bütün xəbərlər
Dünən, 13:20

Azərbaycanda qadınlar kişilərdən daha uzunömürlüdürlər

Bütün xəbərlər
Dünən, 12:50

Cinayət törətməkdə şübhəli bilinən 48 nəfər saxlanıldı

Bütün xəbərlər
Dünən, 12:20

Sumqayıtda dirəklər zibil qutusunu əvəz edir… - VİDEO

Bütün xəbərlər
Dünən, 11:50

Sumqayıtda fəaliyyət göstərən insitutda TƏYİNAT

Bütün xəbərlər
Dünən, 11:20

Xəzər bağlarında hər yay eyni problem: "Məişət texnikamızı qoşmağa qorxuruq" - VİDEO

Bütün xəbərlər
Dünən, 11:11

Prezident İlham Əliyev "Sabah"ı təbrik etdi

Bütün xəbərlər
Dünən, 10:45

Elan saytında tanış olduğu qadınları aldadan şəxslə bağlı QƏRAR

İdman
Dünən, 10:20

"Sabah" Azərbaycanı UEFA reytinqində yüksəltdi

Bütün xəbərlər
Dünən, 09:50

Sumqayıtda 77 yaşlı qadın meyiti tapıldı

Bütün xəbərlər
Dünən, 09:24

Evdə hansı əşya tarakanları cəlb edir? - MARAQLI AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 00:01

Birinci vitse-prezident Mehriban Əliyevanın doğum günüdür

Oxşar xəbərlər