Sumqayıt Dövlət Dram Teatrının tamaşası “AzTV Mədəniyyət” kanalında yayımlanacaq. Sumqayıt24 bu haqda 19 iyun tarixində xəbər verir.
Dahi şair Nizami Gəncəvinin yaradıcılıq konsepti əsasında Hafiz Ataxanlının yazdığı, teatrın baş rejissoru, Xalq artisti, Prezident mükafatçısı Firudin Məhərrəmovun quruluş verdiyi, baş rəssam Elşən Sərxanoğlunun bədii tərtibatı ilə "Xəzinə" pritçasını həmin kanaldan iyunun 22-də canlı izləyə biləcəksiniz.