31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı Dövlət Sərhəd Xidməti Akademiyasında Sumqayıt Dövlət Dram Teatrı və Sumqayıt Dövlət Rəsm Qalereyasının layihəsi təqdim olunub. Bu haqda Sumqayıt24 xəbər verir.
Şəxsi heyət və qonaqlar xalqımızın milli mücadilə yolunu əks etdirən rəsm əsərlərinə baxış keçiriblər. Sonra Akademiya rəhbərinin şəxsi heyətlə iş üzrə müavini, polkovnik Tural Kərimli, yazıçı Hafiz Ataxanlı və Xalq artisti Firudin Məhərrəmov istiqlal tariximizin önəmli dövrlərindən danışıblar.
Sonra tədbir iştirakçıları Hafiz Ataxanlının qələmə aldığı, Prezident mükafatçısı Firudin Məhərrəmovun quruluş verdiyi “Missiya” tamaşasını izləyiblər.
Tamaşadan sonra DSX Akademiyasının rəisi, general-mayor Azər İbrahimov bir qrup şəxsə Fəxri Fərman təqdim edib. [modula id="33702"]