Bu gün, 14 yanvar saat 20:00-da "HR və birbaşa rəhbər: niyə bəzən bu rollar qarışır?" mövzusunda debat keçiriləcək. Bu haqda Azərbaycan İnsan Resursları Assosiasiyası (AİRA) məlumat yayıb.
AİRA-nın Facebook hesabında canlı yayımda keçiriləcək debatda "Kapital bank” ASC-nin İnsan resurslarının idarə edilməsi departamentinin direktoru Fərqanə Məmmədova və Sumqayıt Texnologiyalar Parkı – Baş insan resursları inzibatçısı, İdarə Heyətinin üzvü Şölə Əliyeva iştirak edəcək.
"HR Debat" layihəsinin məqsədi insan resurslarının idarəedilməsi sahəsinin mütəxəssislərinin inkişafı, onların peşəkar ixtisaslaşmasıdır.