Fövqəladə Hallar Nazirliyi (FHN) Sumqayıtda tədbir keçirib. Sumqayıt24 bu haqda 1 aprel tarixində xəbər verir.
Əziz Əliyev adına Sumqayıt Tibb Kollecində baş tutan təlimə Dövlət Yanğın Nəzarəti Xidmətinin mütəxəssisləri də qatılıblar. İştirakçılara fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğınların başvermə səbəbləri və bu zaman zəruri davranış qaydaları barədə məlumat verilib.
Sonda suallar ətraflı cavablandırılıb.