Sumqayıt Tibb Mərkəzi (STM) maarifləndirici tədbirləri davam etdirir. Bu barədə 14 noyabr tarixində Sumqayıt24 xəbər verir.
Növbəti belə görüş 8 nömrəli məktəbdə keçirilib. STM-in 2 nömrəli Ailə Sağlamlıq Mərkəzinin (ASM) həkim-terapevti Gülşən Əsgərova “D vitamini çatışmazlığı”, həkim-pediatrı Müsənbər Səfərova isə “Kəskin respirator virus infeksiyalar” mövzularında geniş təqdimatla çıxış ediblər.
Həmçinin STM-in İctimaiyyətlə əlaqələr bölməsinin əməkdaşları iştirakçılara icbari tibbi sığortadan danışıblar.
Sonda valideynləri maraqlandıran suallar cavablandırılıb.