Sumqayıt Tibb Mərkəzində “Yeriniz Qəlbimizdir” adlı tədbir keçirilib. Sumqayıt24 bu barədə 7 noyabr tarixində xəbər verir.
Zəfər Günü münasibətilə keçirilən tədbir Heydər Əliyev Mərkəzində baş tutub. Burada icra başçısı Zakir Fərəcov, aidiyyəti qurumların rəhbər şəxsləri, tibb işçiləri, şəhid ailələri və qazilər iştirak ediblər. Öncə Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxış edənlər Zəfər Gününün əhəmiyyətindən danışıblar.
Daha sonra tədbir musiqili proqramla davam edib. Sonda tədbirdə fəal iştirak edən şəxslərə Sumqayıt Tibb Mərkəzi adından Fəxri fərmanlar təqdim edilib.
Qeyd edək ki, Vətən müharibəsində 159 hərbi tibb işçisi müxtəlif dərəcəli bədən xəsarəti alıb. 44 tibb işçisi - 11 həkim, 7 feldşer və 26 tibbi təlimatçı qəhrəmancasına şəhid olub.