Sumqayıt Tibb Mərkəzində (STM) yoxlama aparılır. Bu haqda 7 iyun tarixində Sumqayıt24 Apa.az-a istinadən xəbər verir.
Hesablama Palatasının cari il üzrə iş planına uyğun olaraq, STM-də kənar dövlət maliyyə nəzarəti tədbirləri həyata keçirilir.
Xatırladaq ki, STM-in külli miqdarda pul mənimsəməsində ittiham olunması haqda məlumat vermişdik.