Sumqayıt Tibb Mərkəzinin tabeliyində olan Perinatal Mərkəzdə üçəm dünyaya gəlib. Sumqayıt24 bu barədə 24 yanvar tarixində Tibb Mərkəzinə istinadən xəbər verir.
13 il sonsuzluqdan əziyyət çəkən 44 yaşlı Abşeron rayon sakini xəstəxananın Anesteziologiya-reanimasiya şöbəsinə yerləşdirilib. 33-34 həftəsində cərrahi doğuşdan 2 qız və 1 oğlan uşağı doğulub. Yeni doğulanlar müalicə alaraq 1.975, 2.250, 2.300 qram çəki ilə evə yazılıblar.