Sumqayıtda "Tükənmişlik Sindromu" mövzusunda seminar keçirilib. Görüş Xidmət Sahələri üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzində baş tutub.
Seminar, mərkəzin psixoloqu Rəna Muxtarova tərəfindən təqdim edilib. Burada liseyin mühəndis-pedaqoji heyəti iştirak edib.
Muxtarova, iş zamanı ruhdan düşmə, emosional tükənmə, onun mərhələ, səbəb və nəticələri haqqında danışıb. Heyət üzvləri ilə həmin problemlərin aradan qaldırılması müzakirə edilib.
Sonda mərkəzin direktoru Gülşən Ömərova sözügedən sindromu aradan qaldırmaq üçün kollektivə bir sıra təklif irəli sürüb.
Foto Xidmət Sahələri üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzi