Sumqayıt şəhərində davamlı olaraq pul yığan məktəb direktoru barəsində Təhsil nazirliyində araşdırmalara başlanılıb. Bu haqda XəzərTV məlumat yayıb.
İddialara əsasən, H.Z.Tağıyev qəsəbəsində yerləşən 6 nömrəli məktəbin rəhbəri İradə Məmmədova müəllimlərdən və valideynlərdən uzun müddətdir ki, pul yığır.
“Sinifdə nə xarab olur, onun pulunu biz yığırıq. Uşaq səhər növbəsində oxusun deyə hər uşağa görə 5 manat pul vermişik”, - deyə valideyn bildirib.
Qeyd edək ki, bir müddət əvvəl direktor İradə Məmmədovaya bu kimi hallara görə şiddətli töhmət verilib.