top
Sumqayıt və Bakı üçün mühüm qərar: su layihələri genişlənir
24 fevral 2026, 18:14
- ↺ +

Sumqayıt və Bakı üçün mühüm qərar: su layihələri genişlənir

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

2035-ci ilədək Abşeron yarımadasının su infrastrukturu ilə bağlı problemlərin aradan qaldırılması planlaşdırılır

Sumqayit24.az xəbər verir ki, bunu Azərbaycanın Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) strategiya, beynəlxalq əməkdaşlıq və elm şöbəsinin rəhbəri Riad Axundzadə bu gün Bakıda keçirilən "Azərbaycanda su təhlükəsizliyi: tənzimləmə, risklər və məsuliyyətli biznes fəaliyyəti" mövzusunda dəyirmi masada çıxışında deyib.

Onun sözlərinə görə, ölkə əhalisinin təxminən 10 milyon nəfər təşkil etməsi və 4,5 milyondan çox su istifadəçisinin məhz Abşeron yarımadasında yaşaması nəzərə alınaraq diqqətin bu regiona yönəldilməsi xüsusi əhəmiyyət daşıyır.

"2035-ci ilə qədər yarımada ərazisində bütün infrastruktur problemlərini aradan qaldırmağı və genişmiqyaslı modernləşdirmə aparmağı planlaşdırırıq", – deyə Axundzadə bildirib.

O qeyd edib ki, Milli Su Strategiyasının prioritet istiqamətlərindən biri köhnəlmiş infrastrukturun modernləşdirilməsi yolu ilə yenilənməsidir.

R.Axundzadə əlavə edib ki, ikinci prioritet suya əlçatanlıq səviyyəsinin qaldırılmasıdır. Ölkə öz sərhədləri daxilində su həcminə nəzarət imkanlarına malik olmalıdır. Bunun üçün yeni su anbarlarının və müvafiq infrastrukturun tikintisi zəruridir.

Bundan əlavə, o vurğulayıb ki, kənd təsərrüfatı və sənayedə istifadə olunan suyun bir hissəsi alternativ mənbələrlə əvəz olunmalıdır ki, bu da qlobal tendensiyalara uyğundur. Alternativ su ehtiyatlarının inkişafı çərçivəsində suyun duzsuzlaşdırılması layihəsi və təmizləyici qurğuların reabilitasiyası üzərində iş aparılır. Həmçinin yağış sularının toplanması imkanları da nəzərdən keçirilir.

Qeyd edək ki, Sumqayıt şəhəri də Abşeron yarımadasında yerləşir.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 09:08

Əməkdar artist Dilarə Əliyevanın doğum günüdür

Bütün xəbərlər
Bu gün, 00:05

Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan 6 il ötür

Bütün xəbərlər
Bu gün, 00:01

44 günlük Vətən müharibəsinin 31-ci günü - XRONİKA

İdman
Dünən, 18:00

Sumqayıtın veteran cüdoçusu qələbə sevincini bölüşdü

Bütün xəbərlər
Dünən, 17:40

"Stansiya Sumqayıt"da su xəttindəki qəza ilə bağlı AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 17:30

Sumqayıtda yeni açılan marketdə həm qiymət, həm də xidmətdən narazılıq - İDDİA

İdman
Dünən, 17:00

"Sumqayıt"ın sabiq baş məşqçisi "Partizan"dan istefaya göndərildi

Bütün xəbərlər
Dünən, 16:31

Sumqayıtda qoyunları daşıyan yük maşını aşdı

Bütün xəbərlər
Dünən, 16:09

Sarayın bu küçəsində işıqlandırılma problemi həll edildi

Bütün xəbərlər
Dünən, 15:18

Sumqayıtda maşın qəfil yandı

Bütün xəbərlər
Dünən, 14:40

Sumqayıtda ürəkbulandıran mənzərə - şəhərin "sağalmaz yarası"

Bütün xəbərlər
Dünən, 14:00

Sumqayıtda yaşayan şəhid anasının 21 illik mənzil gözləntisi

Bütün xəbərlər
Dünən, 13:10

Sumqayıtda sabah hava yağmursuz ola bilər

Bütün xəbərlər
Dünən, 12:22

Sumqayıtdan Bakıya gələn sürücülərə şad xəbər

Bütün xəbərlər
Dünən, 11:41

Sumqayıtda su kanalı daşdı - sakinlər çətin vəziyyətdə

Bütün xəbərlər
Dünən, 11:14

Sumqayıtda bu gün hava necə keçəcək?

Bütün xəbərlər
Dünən, 10:53

Sumqayıtda ağaclar kəsilərək yerində köşk quraşdırıldı – AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 10:06

Sumqayıtda qəza - 5 maşın toqquşdu

Bütün xəbərlər
Dünən, 09:15

"Stansiya Sumqayıt"da evləri su basdı - sakinlər danışdı

Bütün xəbərlər
Dünən, 00:01

44 günlük Vətən müharibəsinin 30-cu günü - XRONİKA

Bütün xəbərlər
25 oktyabr 2026, 00:05

Bu gün Qubadlı Şəhəri Günüdür

Bütün xəbərlər
25 oktyabr 2026, 00:01

44 günlük Vətən müharibəsinin 29-cu günü - XRONİKA

Bütün xəbərlər
24 oktyabr 2026, 18:30

Sumqayıtda Bakıdan da müştəriləri olan "Ucuz" market bağlandı

Bütün xəbərlər
24 oktyabr 2026, 18:00

Sumqayıtda bazar günü leysan gözlənilir

Oxşar xəbərlər