Dənizin Sumqayıt şəhəri akvatoriyasında qanunsuz balıq ovlayan şəxs saxlanılıb. Bu haqda Sumqayıt24 Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir.
Xidmət rəsmisi Bəhruz Məhəmmədovun sözlərinə görə, saxlanılan brakonyer paytaxt sakini Əmiraslan Hüseynovdur. Ondan istifadəsinə icazə verilməyən ov alətləri götürülüb.
Həmçinin, onun barəsində protokol tərtib olunub və digər lazımi tədbirlər görülüb.