Sumqayıt-Yalama dəmir yolunun təmir işləri aparılan hissəsində qatarların hərəkətinə başlanılıb. Bu haqda Azərbaycan Dəmir Yollarının rəsmi saytına istinadən xəbər veririk.
Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin önəmli hissəsi olan həmin yolun ilk 23 km-lik dəmir yolu xətti yenidən qurulub və burada hərəkət bərpa olunub. Belə ki, yolun bir xəttində yenidənqurma işləri gedərkən, digərində qatarlar hərəkət edir.
Sumqayıt-Yalama dəmir yolu xəttində aparılan işlər yükdaşıma və sərnişindaşıma fəaliyyətlərinə bir çox fayda gətirəcək.