Bakı–Sumqayıt avtomobil yolunda zəncirvari qəza baş verib.
Hadisə bu gün gecə saatlarında qeydə alınıb. Məlumata görə, "Lada", "KamAZ", "Chevrolet", "Ford" və "Mercedes" markalı avtomobillər toqquşub. Qəza zamanı sürücü və sərnişinlər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Əraziyə təcili tibbi yardım briqadaları, polis əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin qüvvələri cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: Apa.az