top
Sumqayıt zavodunun qanunları heçə sayan direktoru
12 iyul 2024, 06:00
- +

Sumqayıt zavodunun qanunları heçə sayan direktoru

Sumqayıtda müəssisə direktoru qanunsuzluqlara yol verir. Sumqayıt24 bu haqda 12 iyul tarixində xəbər verir.

Söhbət Etilen-polietilen zavodunun rəhbəri Oqtay Niftəliyevdən gedir. O, 12 ildən çoxdur ki, zavodun direktorudur. Ötən həftə onun əməkdaşlardan birini qanunsuz işdən çıxardığına görə cərimələndiyini bildirmişdik. Lakin məlum olub ki, bu, ilk belə cəza deyil.

Niftəliyev bənzər üsulla daha iki şəxsi işdən kənarlaşdırıb. Vətəndaş Elvin Cəlilinin redaksiyamıza verdiyi məlumata görə, hadisə fevral ayında yaşanıb. O, həmin vaxt zavodda növbə ustası idi:

“Tabeliyimdə olan işçi mənim və iş yoldaşımın elektron siqaret çəkdiyimiz yerdə videomuzu lentə alıb. Sonra sahə rəisi Mikayıl İbrahimov bizi yanına çağıraraq: “Ərizənizi yazıb çıxmasanız, sizi Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndi ilə qovacağıq”, – deyə şantaj edib.

İlk öncə bizə sadə töhmət verdilər. Amma bir neçə gün sonra otaqlarına çağırıb ərizəmizi yazıb getməyimiz üçün iki saat verdilər. Bizə: “70ç” ilə çıxarsaq, heç yerdə işləyə bilməyəcəksiniz”, – dedilər. Qorxumuzdan sahə rəisinin diktə etdiyi, guya başqa yerdə işə düzəlmək istədiyimiz məzmunlu ərizə yazdıq.

Heç əməkhaqqının hesablanması belə düzgün aparılmadı. İşdən çıxan kimi Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciət etdim. Araşdırmalardan sonra Oqtay Niftəliyevi cərimələdilər”.

Qeyd edək ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndində: “İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda”, – deyə yazılıb. 72-ci maddədə isə yalnız sərxoşedici içki və narkotik maddələr nəzərdə tutulur. Elektron siqarət barədə isə heç bir məlumat yoxdur.

Məlumata görə, ötən il Dövlət Ekoloji Təhlükəsizlik Xidməti də O. Niftəliyevi cərimələmişdi. Buna zavoddan tullantı sularının su hövzəsinə axıdılması səbəb olmuşdu.

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 18:30

Şəhidin yeganə övladı da məktəbli oldu

Bütün xəbərlər
Dünən, 18:05

"Buxar Sumqayıt"ın məşqçisi: "Oyunçu sayının azlığı Avropa Liqasındakı yeganə çətinlikdir"

Bütün xəbərlər
Dünən, 17:40

Sarayda "zebra" var, amma sürücülər piyadalara yol vermir

Bütün xəbərlər
Dünən, 17:28

Sumqayıt-Cəbrayıl marşrutu üzrə müsabiqənin qalibi açıqlandı

Bütün xəbərlər
Dünən, 17:05

Sumqayıtlıları çətin duruma salan su problemi - açıqlama

Bütün xəbərlər
Dünən, 16:34

Sumqayıtda uşaqları ilk qəbul edən məktəb hansıdır? - SUMQAYİT24.AZ-ın ARAŞDIRMASI

Bütün xəbərlər
Dünən, 16:00

Sumqayıtda yaşayış binasını həşərat basıb

İdman
Dünən, 15:23

Sumqayıtlı çempion azarkeşlərlə görüşüb, avtoqraflar paylayıb

Bütün xəbərlər
Dünən, 14:50

Sumqayıtda sabah hava dumanlı ola bilər

Bütün xəbərlər
Dünən, 14:20

Sumqayıtda tullantı məntəqələri yarım milyon manata abadlaşdırılacaq

Bütün xəbərlər
Dünən, 13:50

SDU-nun rektoru tələbələrə: "AI-nin hər dediyinə inanmayın"

Bütün xəbərlər
Dünən, 13:20

Sumqayıtda lövhə qəzaya səbəb ola bilər - VİDEO

Bütün xəbərlər
Dünən, 12:45

Sumqayıtda gecə kabusu: "İydən boğulurduq"

İdman
Dünən, 12:05

"Sumqayıt" - "Şamaxı" matçını bu sayda azarkeş izləyib

Bütün xəbərlər
Dünən, 11:35

Sumqayıtda 2026–2027-ci tədris ili start götürdü - RƏQƏMLƏR

Bütün xəbərlər
Dünən, 11:05

Pakistanlı ata-oğulu öldürmək istəyən şrilankalılar Sumqayıt məhkəməsinin hökmündən narazıdırlar

Bütün xəbərlər
Dünən, 10:35

Sumqayıtda şəhid jurnalistin oğlu üçün ilk zəng çalınır

Bütün xəbərlər
Dünən, 09:53

19 yaşında Vətən üçün canından keçən Nicatın doğum günüdür

Bütün xəbərlər
Dünən, 09:23

124 min uşaq üçün ilk zəng çalınır

Bütün xəbərlər
Dünən, 07:00

Azərbaycanda bu gün Bilik Günüdür

Bütün xəbərlər
14 sentyabr 2026, 19:30

Sumqayıtlı aktirsa: "Evindən xəbəri olmayan sənə ağzına gələni yazır"

Bütün xəbərlər
14 sentyabr 2026, 19:00

SDU aliminin məqaləsi nüfuzlu jurnalda

Bütün xəbərlər
14 sentyabr 2026, 18:20

Sumqayıtda çayxana səkiyə "çıxıb"? - İDDİA

Bütün xəbərlər
14 sentyabr 2026, 17:45

Sumqayıtda mağaza açıldı, qonşu obyektə ziyan vuruldu

Oxşar xəbərlər