Sumqayıtda sentyabrın 19-u axşamdan 21-i səhərədək fasilələrlə yağış yağacağı gözlənilir.
Sumqayit24.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Sentyabrın 19-u axşam və 20-si səhər bəzi yerlərdə qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimal olunur.