Sumqayıtçayın Sumqayıt şəhəri ərazisindən keçən hissəsində təmizlik aksiyası keçirilib. Sumqayıt24 bu haqda 5 iyun tarixində Sumqayitxeber.com-a istinadən xəbər verir.
Aksiya 5 İyun - Ətraf Mühitin Mühafizəsi Gününə həsr olunub. İcra Hakimiyyətinin, 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin və digər qurumların əməkdaşları tərəfindən çayın sahilində plastik tullantılar, polietilen torbalar və digər məişət tullantıları toplanılıb. Ümumilikdə 25 kubmetr, təqribən 800-850 kq tullantı yük avtomobili ilə poliqona daşınıb.