“Sumqayıtçay stansiyası” ərazisində problemlər tükənmir. Sumqayıt24 bu haqda 31 may tarixində xəbər verir.
Sakinlər marşrut xəttinin yoxluğundan şikayətlənirlər. Buna görə uşaqlar hər gün dərsə taksi ilə gedirlər, valideynlər isə artıq xərcə düşürlər.
Həmçinin ərazidə zibil yeşikləri yoxdur, yollar isə keçilməz vəziyyətdədir. 500-dən çox ailə tullantıları küçələrə atır. Nəticədə zibilin iyinə çox sayda küçə iti toplaşır.