N.Nərimanov adına şəhər Mədəniyyət Mərkəzində “Bir ovuc torpağa sevgi” adlı xatirə gecəsi keçirilib. Bu haqda 17 aprel tarixində Sumqayıt24 xəbər verir.
Tədbir 1-ci Qarabag müharibəsi şəhidi Əhməd Məmmədovun doğum gününün 65, anım gününün isə 30 illiyinə həsr olunub. Gecənin aparıcısı Əməkdar artist Cəlal Məmmədov şəhid haqqında qısa məlumat verib. Qonaqlar şəhidin ömür və döyüş yolunu işıqlandıran “Şəhid Əhməd: Oğluma məktub” adlı sənədli filmini izləyiblər. Sonda şeirlər səslənib, vətənpərvər mahnılar ifa olunub.