Sumqayıtda uşağın həyatı təhlükə ilə üzləşib. Sumqayıt24 bu haqda 23 iyun tarixində Den.az-a istinadən xəbər verir.
1 yaşlı Röya Xəlilli nəzarətsiz qalıb və daş udub. Daş azyaşlının boğaz nahiyəsində ilişdiyindən onun tənəffüsündə problem yaranıb. Yaxınları dərhal uşağı xəstəxanaya çatdırıblar.
R. Xəlilli təcili rentgen olunub. Hazırda azyaşlı həkim nəzarətində müalicəsini davam etdirir.