Sumqayıt Narkoloji Dispanserində 6054 nəfər qeydiyyatda olan xəstə var.
Bu barədə Sumqayıt Narkoloji Dispanserindən məlumat verilib.
Bildirilib ki, qeydiyyatda olanların 4557 nəfərini narkotik istifadəçiləri təşkil edir. Onlardan 110-u qadındır.
Məlumata əsasən, dispanserdə qeydiyyatda olan 1487 nəfər isə alkoqolizm xəstəsidir. Həmin şəxslərdən 24-ü qadındır.