Sumqayıtda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bu haqda 11 iyul tarixində Sumqayıt24 Report.az-a istinadən məlumat verir.
Yolu keçmək istəyən 16 yaşlı Anar Həsənovu avtomobil vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona müştərək travma və baş-beyinin əziyi diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.