Sumqayıtda “Mərhəmətli olmağa tələsin” xeyriyyə aksiyası keçirilib. Sumqayıt24 bu barədə 19 noyabr tarixində Qızıl Aypara Cəmiyyətinə istinadən xəbər verir.
Tədbir Poeziya Evində baş tutub. Ənənəvi xeyriyyəçilərimiz: “SOCAR Polymer”MMC,
”Paşa Həyat Sığorta”, SOCAR-ın Karbamid zavodu, Sumqayıt Tibb Mərkəzi və Unikal Klinikanın kollektivləri tərəfindən alınan qış geyimləri ilə fidan balalarımızın qəlbləri sevindirilib. Daha sonra siyahı əsasında hazırlanan geyim əşyaları uşaqlara təqdim olunub. Ümumilikdə bu aksiyadan 170 uşaq yararlanıb.
Aksiyanın məqsədi hər iki valideynini itirmiş, tək ananın və Vətən müharibəsində canını fəda etmiş şəhid və qazi ailələrinin övladlarını mövsümi qış geyimləri ilə təmin etməkdir.