Sumqayıtda zəncirvari qəza olub. Sürücü xəsarət alıb. Sumqayıt24 bu haqda 7 iyun tarixində xəbər verir.
Hadisə 19-cu məhəllədə günorta saatlarında baş verib. Şahidlərin sözlərinə görə, “Mercedes” markalı avtomobil “BMW” və “Opel”ə çarpılıb.
“Mercedes”in sürücüsü təhlükəsizlik yastıqlarının açılması nəticəsində zədələnib. O, Təcili Tibb Yardım maşını ilə xəstəxanaya çatdırılıb.