Sumqayıtda, hər mərtəbəsi 50 kv.m olan ikimərtəbəli evdə yanğın baş verib. Sumqayıt24 bu haqda Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir.
Hadisə zamanı, 4 otaqlı evin 30 kv.m sahədə yanar konstruksiyaları yanıb. Çağırış ünvanına cəlb olunan FHN əməkdaşları alovu söndürməyə nail olublar. Evin qalan hissəsi yanğından mühafizə olunub.